Bank Of Baku

Hacıqabulda baş verən avtomobil qəzası nəticəsində bir nəfər ölüb

Hacıqabulda baş verən avtomobil qəzası nəticəsində bir nəfər ölüb
# 26 noyabr 2007 09:26 (UTC +04:00)
Hacıqabulda baş verən avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsinin müstəntiqi Fikrət İmanov məlumat verib. Onun dediyinə görə, noyabrın 24-də saat 22:00 radələrində rayon ərazisində - Bakı-Qazax yolunun 150-ci kilometrliyində Sumqayıt şəhərinin Corat qəsəbə sakini, 1977-ci il təvəllüdlü Asif Elman oğlu Hüseynovun idarə etdiyi 10 KS 489 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yolun kənarında dayanmış Qazax rayonunun Qazaxbəyli kənd sakini Siyavuş İsevan oğlu Yusifova məxsus “KamAZ-5521” markalı 10 JR 569 dövlət nömrə nişanlı avtomaşına vurub. Bu zaman mikroavtobus həmin avtomaşının yanında dayanmış digər “KamAZ” markalı avtomaşının sürücüsü, Qazax rayonunun Hüseynbəyli kənd sakini 1969-cu il təvəllüdlü Əkrəm Abdulla oğlu Abdullayevə də dəyib. Nəticədə sürücü aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR