Bank Of Baku

Gəncənin “Nəhəng Daş” Ticarət Mərkəzində güclü yanğın baş verib

Gəncənin “Nəhəng Daş” Ticarət Mərkəzində güclü yanğın baş verib
# 26 noyabr 2007 11:00 (UTC +04:00)
Bu gecə saat 04.00 radələrində Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” Ticarət Mərkəzində güclü yanğın baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, yanğın təqribən 600 kvadrat metr ərazini əhatə edib. Nəticədə “Nəhəng Daş” Ticarət Mərkəzində 54 satış məntəqəsi tamamilə yanıb, bir çox obyektlərə ciddi ziyan dəyib. Alovun söndürülməsinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub, onların səyi nəticəsində iki saat ərzində alovu söndürmək mümkün olub. Hazırda yanğını baş vermə səbəbləri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR