Bank Of Baku

Binə Ticarət Mərkəzində Çin vətəndaşına məxsus mağazadan oğurluq olub

Binə Ticarət Mərkəzində Çin vətəndaşına məxsus mağazadan oğurluq olub
# 26 noyabr 2007 12:03 (UTC +04:00)
Binə Ticarət Mərkəzində oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binə Ticarət Mərkəzində Çin vətəndaşı Çin Yunx Xianqa məxsus mağazadan sənaye malları oğurlamış Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Bayramov DİN Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. T. Bayramov sonrakı araşdırmalar aparılması üçün Suraxanı RPİ-nin 31-ci polis bölməsinə təhvil verilib.
Neftçala rayon sakini Rəzzaq Məhərrəmovun həyətindən avtomaşın üçün ehtiyat hissələri, onun qardaşı Yaşarın həyətindən isə 1 ədəd su mühərriki oğurlanıb. Neftçala RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Bankə qəsəbə sakinləri Heybət Heybətov və Zaur Məhərrəmov tərəfindən törədilməsi müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR