Bank Of Baku

Məşhur akademik Nəriman Əliyev həyat yoldaşı ilə birlikdə qətlə yetirilib

Məşhur akademik Nəriman Əliyev həyat yoldaşı ilə birlikdə qətlə yetirilib
# 26 noyabr 2007 12:06 (UTC +04:00)
77 yaşlı Nəriman Əliyevlə həyat yoldaşının cəsədi bu gün səhər yaşadıqları evdə aşkarlanıb. Hər iki şəxsin bıçaq zərbələrindən dünyasını dəyişdiyi bildirilir. Hadisə yerinə Dağıstan Prokurorluğunun və digər güc strukturlarının əməkdaşları gəliblər. Məşhur akademikin qətlinin səbəbləri hələlik məlum deyil. Nəriman Əliyev və həyat yoldaşı bu gün Məmmədqala kəndində dəfin ediləcək. Mərasimə Dağıstan rəhbərliyinin qatılacağı gözlənilir. Qeyd edək ki, Nəriman Əliyev uzun illər respublikanın təsərrüfat naziri vəzifəsində işləyib, kənd təsərrüfatı ilə bağlı onlarla elmi məqalə və araşdırmanın müəllifidir. O, bir neçə çağırış SSRİ Ali Sovetinin və Dağıstan parlamentinin deputatı olub. Mərhum akademik həm də Azərbaycan-Dağıstan dosluğ əlagələrinin möhkəmlənməsində böyük rol oynayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR