Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb

Yol qəzalarında 4 nəfər ölüb
# 26 noyabr 2007 12:10 (UTC +04:00)
Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun H. Ələsgərov küçəsində Bakı şəhər sakinləri Azad Şəmsiyevin idarə etdiyi “Mersedes” markalı və Fuad Aslanovun idarə etdiyi “Hunday-Sonata” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü xəstəxanaya yerləşdirilib. A. Şəmsiyev orada dünyasını dəyişib. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
Sumqayıt şəhərində şəhər sakini Əkbər Quliyev idarə etdiyi “Tofaş” markalı avtomaşını aşırıb. Nəticədə Ə. Quliyev və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Tural Hüseynov ölüb, xəsarət almış sərnişini Elşən Əhmədov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
İmişli rayonunun Mərzəli kəndində rayon sakinləri Əlqismət Fətullayevin idarə etdiyi “VAZ-2107” və Lətif Abbasovun idarə etdiyi “QAZ-2410” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və Ə. Fətullayevin sərnişini, İmişli rayon sakini Məhəbbət Mehdiyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır.
Qax rayonunun Dəymədağlı kəndində Bakı şəhər sakini Əmrah Yusifov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını ağaca vurub. Nəticədə xəsarət almış Ə. Yusifov və sərnişini, Zaqatala rayon sakini Xatirə Abbasova xəstəxanaya yerləşdirilib. X. Abbasova orada vəfat edib. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR