Bank Of Baku

Arzu Abdullayeva Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Korin Kollinzlə görüşüb

Arzu Abdullayeva Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Korin Kollinzlə görüşüb
# 26 noyabr 2007 15:26 (UTC +04:00)
Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Arzu Abdullayeva və komitənin üzvü Fuad Mustafayev Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Korin Kollinzlə görüşüblər. Komitədən APA-ya daxil olan məlumata görə, görüşdə səfir müavininə insan haqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib. A. Abdullayeva bildirib ki, dekabrın 8-də Ukrayna meydanında mitinq keçiriləcək. Dekabrın 9-da isə Avrointeqrasiya Komitəsi, İnsan Haqları Komitəsi, Avropa Şurası, Avropa Birliyi və NATO ölkələri nümayəndələrinin iştirakı ilə Bakıda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Komitə sədri eyni zamanda həbsxanada dünyasını dəyişmiş məhbus Faina Kunqurova barədə də diplomata məlumat verib. O bildirib ki, F. Kunqurova barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olmaq) cinayət işi açılıb. Həbsindən bir müddət sonra isə F. Kunqurova bədən zəifliyi diaqnozu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müalicə mərkəzinə köçürülüb və orada vəfat edib. Məhbusların yeməklə təchiz olunduğunu, eyni zamanda ailəsi tərəfindən ərzaqla təmin edildiyini əsas gətirən A. Abdullayeva F. Kunqurovanın ölümünün müəmmalı olduğunu vurğulayıb. Problemlərə laqeyd qalmayacaqlarını vurğulayan K. Kollinz diplomat təmsil etdiyi səfirliyin məsələlərə daim müdaxilə etdiyini önə çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR