Bank Of Baku

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
# 26 noyabr 2007 16:37 (UTC +04:00)
Yaponiyada Rixter şkalası üzrə 6 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, yeraltı təkanların episentri Honsyu adasına düşüb. Dağıntı və tələfat barədə məlumat verilmir. Yaponiya Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi Şurasının ötən ay açıqladığı hesabatda qeyd olunub ki, ölkənin mərkəzi hissəsində gözlənilən güclü zəlzələ çoxlu sayda insanın həlak olması ilə nəticələnə bilər. Mütəxəssislərin hesablamalarına görə, proqnozlaşdırılan zəlzələ baş verərsə, təkcə Osaka şəhərində 42 min insan dünyasını dəyişə bilər. Qeyd edək ki, Yaponiyada hər gün yeraltı təkanlar qeydə alınır. Bu təkanlardan yalnız üçü vətəndaşlar tərəfindən hiss ediləcək gücdə olur. Son zamanlar Sakit Okean hövzəsi regionunda seysmik aktivliyin artması müşahidə olunur. Noyabrın 23 və 25-də Sumatra adasında 6 və 6,2 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR