Bank Of Baku

Nərimanov rayon prokurorunun müavini: “Çeçen Ruslan”ın qətli ilə bağlı şübhəli şəxs qismində saxlanılan yoxdur”

Nərimanov rayon prokurorunun müavini: “Çeçen Ruslan”ın qətli ilə bağlı şübhəli şəxs qismində saxlanılan yoxdur”
# 27 noyabr 2007 11:05 (UTC +04:00)
Onun sözlərinə görə, R. Rüstəmov qətlə yetirilərkən onun yanında olan Akif Saleh oğlu Sarıyev və Əlinur Çingiz oğlu Sarıyev şahid qismində dindirilib, lakin onlar ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. R. Rüstəmovu qətlə yetirən şəxslərin Rusiyadan gələrək törətməsi ehtimalını da istisna olunmadığını deyən prokuror müavini onun Moskvada yerləşən “Vışinskiy” bazarının şəriki olduğu söyləyib.
Cinayət işinin istintaqını aparan Nərimanov rayon Prokurorluğunun müstəntiqi Rasim Qurbanov isə APA-ya hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib. R. Rüstəmovun əvvəllər iki dəfə sui-qəsd nəticəsində yaralandığını deyən müstəntiq bütün ehtimallar üzrə istintaq araşdırılması aparıldığını və əməliyyat qrupunun fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edək ki, R. Rüstəmov noyabrın 25-də Həsən Əliyev küçəsində yerləşən “Tonqal” restoranının qarşısında qətlə yetirilib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR