Bank Of Baku

“Bakıelektrikşəbəkə”nin əməkdaşlarının ölümünün araşdırılması üçün təhlükəsizliklə bağlı ekspertiza təyin olunub

“Bakıelektrikşəbəkə”nin əməkdaşlarının ölümünün araşdırılması üçün təhlükəsizliklə bağlı ekspertiza təyin olunub
# 27 noyabr 2007 11:11 (UTC +04:00)
Noyabrın 26-da Molla Cümə küçəsində “Bakıelektrikşəbəkə” ASC-yə məxsus Nərimanov rayon Enerji Satışı və Təchizatı İdarəsinin 215 saylı yarımstansiyasının yaxınlığında 3 nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işinin istintaqı davam edir. Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev APA-ya bildirib ki, hadisə ilə bağlı təhlükəsizliklə bağlı ekspertiza təyin olunub, əmək müfəttişliyi tərəfindən müayinə aparılır. Müayinə və ekspertizaların nəticəsindən asılı olaraq konkret qərar veriləcək. Hadisə zamanı həmin şəxslərin yanında mühəndis olub. Qeyd edək ki, hadisə nəticəsində idarənin üç fəhləsi - 1939-cu il təvəllüdlü İsa Hacıyev xəstəxanaya aparılarkən yolda keçinib, 1984-cü il təvəllüdlü Elnur Mustafayev və 1976-cı il təvəllüdlü Elmar Nəsibov ölüblər. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. İşin istintaqını Nərimanov rayon Prokurorluğunun müstəntiqi Elton Səlimov aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR