Bank Of Baku

Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kənd sakini Nailə Məcidovanın meyitinin ekskumasiyası başa çatıb - YENİLƏNİB

Azərbaycanın Dəvəçi rayonunun Dağ Bilici kənd sakini Nailə Məcidovanın meyitinin ekskumasiyası başa çatıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 27 noyabr 2007 12:58 (UTC +04:00)
Mərhumun ekskumasiyada iştirak edən valideynləri cəsəddən hissələr, o cümlədən sümüyündən hissələr götürüldüyünü bildiriblər. Valideynləri N. Məcidovanın boyunun 135 santimetr olduğunu, lakin meyitin boyunun 161-162 santimetr olduğunu deyiblər. Müstəntiq Z. Saatov valideynlərə nəticələr barədə 1 ay müddətinə cavab veriləcəyini, götürülən nümunələrin Moskvaya göndəriləcəyini bildirib. Həmçinin istintaqın iştirakı ilə valideynlərdən qan nümunələri də götürülüb.
R. Məcidovanın atası Zamir Məcidov həmçinin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevə müraciətindən sonra bu il noyabrın 19-da Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsində qəbul edildiyini, bundan sonra ekskumasiya prosesinin baş tutduğunu bildirib.
Qeyd edək ki, bu il avqustun 6-da Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovalar müəmmalı şəkildə itkin düşüblər. Avqustun 9-da N. Məcidovanın meyiti Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılıb, R. Məcidovanın meyiti isə hələ də tapılmayıb. Dəvəçi rayonunun Qələgah kənd sakinləri Təvəkkül və Elnur İsmayılov qardaşları Məcidova bacılarının qətlində təqsirləndirilərək həbs ediliblər. Lakin bacıların valideynləri tapılan meyitin Nailəyə məxsus olmadığını israrla bəyan ediblər. Bu səbəbdən hüquq-mühafizə orqanları meyitin ekskumasiyasına qərar veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR