Bank Of Baku

Oğurluq və quldurluqla məşğul olan şəxslər yaxalanıb

Oğurluq və quldurluqla məşğul olan şəxslər yaxalanıb
# 27 noyabr 2007 13:11 (UTC +04:00)
Əli Bayramlı şəhər sakini Alxan Bəbirovun həyətindəki qarajdan qıfılı sındırmaq yolu ilə avtomaşın üçün ehtiyat hissələri oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini Yaşar Mustafayev tutulub.
Nəsimi RPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluq etdiyinə görə tutulmuş Şahsuvar Şahsuvarovun ətrafında aparılmış tədbirlər nəticəsində onun noyabrın 12-də M. Cəlil küçəsində Bakı şəhər sakini Pünhan Ağayevi bıçaqla hədələyərək 1 ədəd mobil telefonunu ondan alması müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR