Bank Of Baku

Azərbaycanlılar üçün Ukrayna vətəndaşlığını təsdiqləyən saxta sənəd düzəldən qrup yaxalanıb

Azərbaycanlılar üçün Ukrayna vətəndaşlığını təsdiqləyən saxta sənəd düzəldən qrup yaxalanıb
# 27 noyabr 2007 15:23 (UTC +04:00)
Onlardan 963-ü ölkədən deportasiya olunub, 746 nəfərin isə Ukraynada yaşamaq müddəti məhdudlaşdırılıb. Bundan başqa, 4300 nəfər ölkədə yaşayış qanunvericiliyi qaydalarını pozduğuna görə inzibati cəzaya məhkum olunub. Bundan başqa, əməliyyat nəticəsində xarici vətəndaşlar tərəfindən törədilmiş 68 cinayətin üstü açılıb. Ukraynanın cənubundakı Nikolayev vilayətində beynəlxalq çıxışı olan cinayətkar qrup da zərərləşdirilib. Qrup 2002-2006-cı illərdə Azərbaycan, Gürcüstan, Ermənistan, və Moldova vətəndaşları üçün Ukrayna vətəndaşlığını təsdiqləyən saxta sənədlər hazırlamaqla məşğul olub. Həmin şəxslərin bu sənədlərdən Avropa İttifaqı ölkələrinə səfər etmək üçün də yararlandıqları müəyyənləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR