Bank Of Baku

Yol qəzalarında 2 nəfər ölüb

Yol qəzalarında 2 nəfər ölüb
# 28 noyabr 2007 10:58 (UTC +04:00)
Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun A. Şərifzadə küçəsində Zəngilan rayon sakini Samir Alməmmədov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Füzuli rayon sakini Elmira Əsgərovanı vurub. Nəticədə E. Əsgərova hadisə yerində ölüb. Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Tərtər rayonunun Cəmilli kəndində Xanlar rayon sakini Mübariz Qurbanov idarə etdiyi “BMW” markalı avtomaşını ağaca vurub. Nəticədə xəsarət almış M. Qurbanov və sərnişini, Cəmilli kənd sakini Oruc Haqverdiyev xəstəxanaya yerləşdirilib. O. Haqverdiyev orada vəfat edib. Faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR