Bank Of Baku

Dekabrın 18-də Azərbaycanda səkkiz yol-nəqliyyat hadisəsi qeydə alınıb

Dekabrın 18-də Azərbaycanda səkkiz yol-nəqliyyat hadisəsi qeydə alınıb
# 19 dekabr 2007 11:00 (UTC +04:00)
Dekabrın 18-də Azərbaycanda baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu rayonunun S.Fətəliyev küçəsində Bakı şəhər sakini Cəbrayıl Paşayev idarə etdiyi “VAZ-2121” markalı avtomobillə Bakı şəhər sakini Salatın Nəbiyevanı vurub. Nəticədə ağır bədən xəsarəti alan S. Nəbiyeva yerləşdirildiyi xəstəxanada keçinib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Daha bir hadisə Sumqayıt şəhərində qeydə alınıb. Masallı rayon sakini Vidadi İmanov idarə etdiyi “Mercedes” markalı maşınla şəhər sakini Gülsüm Musayevanı vurub. G. Musayeva aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır. Ötən gün Abşeron rayonunun Hökməli qəsəbəsində, qəsəbə sakini Azər Hüseynova məxsus “Audi” markalı avtomobildə baş verib. Nəticədə maşının yanar konstruksiyaları yanıb, A. Hüseynov isə yanıq xəsarəti alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR