Bank Of Baku

Azərbaycanın Xızı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycanın Xızı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 19 dekabr 2007 13:23 (UTC +04:00)
Bu gün saat 10.00 radələrində Bakı-Rostov yolunun Giləzi qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Xızı rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna bildirilib ki, Quba rayonunun Pirvahid kənd sakini, 31 yaşlı Şahin Sadıqovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə, Sumqayıt sakini Rasim Nəzərovun idarə etdiyi “PAZ” markalı avtobus toqquşub. Hər iki sürücü aldığı xəsarət nəticəsində hadisə yerində keçinib, avtobusun beş sərnişini isə müxtəlif bədən xəsarəti alıb. Yaralılar Siyəzən regional diaqnostika mərkəzinə və Sumqayıt şəhər xəstəxanasına çatdırılıblar. Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. İlkin ehtimallara görə, hadisəyə “Mercedes”in avtobusun yoluna çıxması səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR