Bank Of Baku

Azərbaycan paytaxtında soyğunçuluqla məşğul olan dəstə yaxalanıb

Azərbaycan paytaxtında soyğunçuluqla məşğul olan dəstə yaxalanıb
# 20 dekabr 2007 10:51 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən APA-ya verilən məlumat görə, tutulan şəxslər məktəb yaşlı qızların, oğlanların telefon, çanta və digər əşyalarını oğurlamaqla məşğul olublar. Keçirilən əməliyyat axtarışları tədbirləri nəticəsində Gəncə şəhər sakinləri 17 yaşlı Anar Sərdar oğlu Eminov, 16 yaşlı Abbas Xosrov oğlu Heydərov və 17 yaşlı Şəhriyar Əli oğlu Abdiyev saxlanılıb. Onlar avtovağzal yaxınlığında məktəbli qızın telefonunu, başqa bir qızın çantasını, “Neftçilər” metrosu yaxınlılığında isə azyaşlı oğlanın telefonunu götürüb qaçmaqda günahlandırılırlar. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR