Bank Of Baku

İdarə etdiyi avtomobili ağaca çırpan Şəki sakini həlak olub

İdarə etdiyi avtomobili ağaca çırpan Şəki sakini həlak olub
# 20 dekabr 2007 12:41 (UTC +04:00)
Şəkidə baş vermiş ağır yol-qəzası nəticəsində 18 yaşlı rayon sakini həlak olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Biləcik kəndi ərazisində baş verib. 1989-cu il təvəllüdlü Şəki rayon sakini Maral Məhərrəmova idarə etdiyi “Toyota” markalı 10 BV 504 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində M. Məhərrəmova hadisə yerindəcə keçinib. Maşında olan 17 yaşlı sərnişin Təranə Nəbiyeva isə ağır bədən xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti olduqca ağırdır. Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR