Bank Of Baku

Azərbaycanda Kür çayı üzərindən avtomobil körpüsü uçub

Azərbaycanda Kür çayı üzərindən avtomobil körpüsü uçub
# 21 dekabr 2007 10:35 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölkənin qərb bölgəsi ilə avtomobil əlaqəsi yaradan körpünün uçması nəticəsində avtomobillərin hərəkəti tamamilə kəsilib. Mütəxəssislərin bildirdiyinə görə, 1969-cu ildə inşa edilmiş və bu günə kimi əsaslı təmir edilmədən istismar olunan bu körpüdə yenidənqurma işləri aparılmalıdır. Bundan əvvəl görülən lokal xarakterli təmir işləri isə effektli və uzunmüddətli olmayıb. Bu körpü respublikanın bir neçə regionu ilə ölkə paytaxtı arasında əlverişli əlaqə yaradan əhəmiyyətli mühəndis qurğularından biridir. Uçmanın səbəblərindən biri kimi son zamanlar Hacıqabul-Kürdəmir yolunun bağlanması ilə əlaqədar körpüdən ağır tonnajlı avtomaşınların hərəkətinin intensivləşməsi amili göstərilir. Əlaqədar təşkilatlar baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə tədbirlər görür. Körpüdə bərpa işləri bir neçə gün və daha çox çəkə bilər.
“Azəryolservis” ASC sədrinin müavini Bayram Hüseynov isə körpünün hansı səbəbdən uçması ilə bağlı APA-nın sualını cavablandırmaqdan imtina edib: “Körpünün çökməsi adi haldır. Körpü çökübsə, nə olub ki? Səbəbini gedin yerində araşdırın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR