Bank Of Baku

Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2007-ci ili 6-cı pillədə başa vurub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2007-ci ili 6-cı pillədə başa vurub
# 21 dekabr 2007 11:15 (UTC +04:00)
APA-Sport”un məlumatına görə, qadın şahmatçıların siyahısında heç bir həmyerlimiz yer almayıb. Lakin 74 kişi şahmatçının sıralamasında üç təmsilçimiz var. ACP-nin təqviminə daxil olan 4 yarışda iştirak edən milli komandamızın lideri Teymur Rəcəbov 662 xalla 6-cı pillədə qərarlaşıb. Üç yarışda mübarizə aparan Vüqar Həşimov 129 xalla 45-ci, cəmi bir turnirdə çıxış edən Namiq Quliyev 45 xalla 60-cı yeri tutub. Siyahıya, iştirak etdiyi 6 yarışda 1161 xal toplayan ukraynalı Vasili İvançuk başçılıq edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR