Bank Of Baku

Azərbaycanın Əli Bayramlı şəhərində Kür çayı üzərindəki körpü açılıb

Azərbaycanın Əli Bayramlı şəhərində Kür çayı üzərindəki körpü açılıb
# 22 dekabr 2007 10:16 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dünəndən aparılan və gecə boyu davam etdirilən təmir işlərindən sonra körpünün müvəqqəti açılmasını təmin etmək mümkün olub. Ağır yük avtomobillərinin körpüdən hərəkətinə isə hələlik icazə verilmir.
Qeyd edək ki, Əli Bayramlı şəhəri ərazisində Kür çayı üzərindəki avtomobil körpüsünün dünən səhər saatlarında uçması nəticəsində ölkənin qərb bölgəsi ilə avtomobil əlaqəsi kəsilmişdi. Bu körpü respublikanın bir neçə regionu ilə paytaxt Bakı arasında əlverişli əlaqə rolunu oynayan əhəmiyyətli mühəndis qurğularından biridir. Uçmanın səbəblərindən biri kimi son zamanlar Hacıqabul-Kürdəmir yolunun bağlanması ilə əlaqədar körpüdən ağır tonnajlı avtomaşınların hərəkətinin intensivləşməsi göstərilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR