Bank Of Baku

Eldar Namazov və Eldəniz Quliyev yarım saat polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar

Eldar Namazov və Eldəniz Quliyev yarım saat polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar
# 22 dekabr 2007 11:35 (UTC +04:00)
Bu barədə APA-ya Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məlumat verib. Onun sözlərinə görə, ictimai təşkilatların rəhbərləri Bibiheybət qəsəbəsində yaşayan imkansız ailələrə və məcburi köçkünlərə qurban payı paylayarkən polis tərəfindən saxlanılaraq Səbayel rayon Polis İdarəsinə aparılıblar. A. Abdullayeva bildirib ki, hər iki şəxs yarım saata qədər idarədə sorğu-sual edilib. Şifahi sorğu-sualdan sonra isə onlar sərbəst buraxılıblar.
Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə APA-ya bildirib ki, adıçəkilən şəxslərin polis tərəfindən saxlanılması barədə məlumat doğru deyil: “Onların bu gün saat 14.00-dan 16.00-a qədər Bibiheybət stadionunda mitinq keçirməsinə icazə verilib. Amma onlar mitinqdən imtina ediblər. Bu gün səhər isə qəsəbədə yolun kənarında qurban kəsiblər və polis buna heç bir maneçilik etməyib. Onlar nə polis idarəsinə, nə də bölməyə aparılıblar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR