Bank Of Baku

Bakıda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Bakıda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
# 22 dekabr 2007 12:39 (UTC +04:00)
Dekabrın 21-də saat 12.00 radələrində Nəsimi rayonu, Bakıxanov küçəsində Bakı şəhər sakini Fərhad Mirzəyev "Nissan" markalı avtomaşını idarə edərkən Yevlax rayon sakini Məcid Bəkirovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Bəkirov orada ölüb. Nəsimi RPİ faktla bağlı araşdırma aparır.
Elə həmin gün saat 05.30 radələrində İmişli rayonunda Yalavac kənd sakini Vahid Xudiyevin idarə etdiyi "VAZ-21011" markalı və Məhəmmədi kənd sakini Hafiz Şirinovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşınlar toqquşub. Xəsarət almış hər iki sürücü və H. Şirinovun sərnişini, onun həmyerlisi Sahil Əliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR