Bank Of Baku

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib
# 24 dekabr 2007 07:55 (UTC +04:00)
Ələt-Astara magistralının 202-ci kilometrliyində, Lənkəran rayonunun Şilavar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə zamanı ölən və xəsarət alan olmasa da, beş avtomobilə ciddi ziyan dəyib. Astara rayonu istiqamətində hərəkət edən Lənkəran şəhər sakini Vüqar Mehdiyevin idarə etdiyi “BMW” markalı, 42 BK 600 dövlət nömrə-nişanlı maşın Lənkəran şəhər sakini Anar Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BK 373 dövlət nömrə-nişanlı maşınla toqquşub. Nəticədə “BMW” hərəkət istiqamətini dəyişərək yolun kənarında dayanan üç maşını əzib. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR