Bank Of Baku

Qaradağ rayonunda ana və qızını qətlə yetirəndən sonra evə od vuran şəxs həbs olunub

Qaradağ rayonunda ana və qızını qətlə yetirəndən sonra evə od vuran şəxs həbs olunub
# 24 dekabr 2007 08:21 (UTC +04:00)
Qaradağ rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan təhqiqat nəticəsində qəsəbənin Yuxarı Buta küçəsi, ev 16-da yaşayan Qətibə Məmmədquluyeva və onun qızı Leyla Hacıəli qızı Əcəmovanın dekabrın 21-dən 22-ə keçən gecə vəhşicəsinə qətlə yetirildiyi aşkarlanıb. Ana və bala qətlə yetirildikdən sonra isə ev yandırılıb. Qaradağ rayon prokurorluğu və Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şahin Ağamirzə oğlu Hüseynov həbs edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ rayon prokuroru Tariyel Qurbanov APA-ya məlumatı təsdiqləyib və qətli törədən şəxsin həbs olunduğunu deyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi dekabrın 22-də Qaradağ rayonunun Buta qəsəbəsində Yuxarı Buta küçəsi, ev 16-da yaşayan Qətibə Məmmədquliyevaya məxsus ikiotaqlı evdə yanğın baş verməsi və yanğın söndürüldükdən sonra evdə ana və balanın yanmış meyitlərinin tapılması barədə məlumat yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR