Bank Of Baku

Qobustan həbsxanasında ömürlük məhbusların özlərinə xəsarət yetirməsi barədə məlumat yayılıb

Qobustan həbsxanasında ömürlük məhbusların özlərinə xəsarət yetirməsi barədə məlumat yayılıb
# 24 dekabr 2007 09:35 (UTC +04:00)
Ömürlük məhbusların yaxınlarının yaratdığı Müdafiə Komitəsi Qobustan həbsxanasında saxlanılan məhbuslardan bəzilərinin özlərinə xəsarət yetirdiyini açıqlayıb. Komitədən APA-ya bildirilib ki, Hacı Məmmədovun dəstəsinin üzvü olan ömürlük məhkumların 1 saylı istintaq təcridxanasından müəssisəyə köçürülməsindən sonra kameralarda yerdəyişmələr aparılıb və nəticədə narazılıq yaranıb: “Həbsxananın üç kamerası Hacı Məmmədovun dəstəsinin üzvləri üçün boşaldılıb və təmir işlərinə başlanıb. Bu isə orada saxlanılan məhbusları narahat edib. Məhbuslar etirazlarını bildirəndə, zorakılığa məruz qalaraq cəza kameralarına salınıblar”. Etiraz əlaməti olaraq özünə xəsarət yetirən məhkumların arasında Şəmkir rayonunun sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirli bilinərək ömürlük cəza alan Vüqar Əliyevin də olduğu bildirilir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi isə məlumatı təkzib edib: “Qobustan həbsxanasında özünə xəsarət yetirmə və işgəncə halları olmayıb. Məhkumların etiraz bildirməsi üçün də heç bir əsas yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR