Bank Of Baku

Sərxoş halda su arxına düşən Xaçmaz sakini donaraq ölüb

Sərxoş halda su arxına düşən Xaçmaz sakini donaraq ölüb
# 24 dekabr 2007 11:58 (UTC +04:00)
Dekabrın 23-də səhər saatlarında Səbayel rayonu ərazisində dənizdən üzərində zorakılıq əlamətləri görünməyən kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis İdarəsinin 39-cu polis bölməsində aparılan araşdırma nəticəsində mərhumun Bakı şəhər sakini Samir Mirzəliyev olduğu müəyyənləşdirilib. Məlum olub ki, S. Mirzəliyev dekabrın 8-də itkin düşüb. Xaçmaz rayonunda isə sərxoş halda su arxına düşən rayonunun Qaracəlli kənd sakini donaraq ölüb. Kənd sakini Güləli İbrahimov sərxoş halda kəndin yaxınlığındakı meşə zolağında su arxına düşüb. Arxdan çıxa bilməyən G. İbrahimov donaraq ölüb. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR