Bank Of Baku

Bakıda Gürcüstan vətəndaşını elektrik cərəyanı vurub

Bakıda Gürcüstan vətəndaşını elektrik cərəyanı vurub
# 24 dekabr 2007 12:11 (UTC +04:00)
Bakıdakı qohumunun evində soyuducunu təmir edən Gürcüstan vətəndaşı Aydın İsmayılovu elektrik cərəyanı vurub. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbə sakini Gümayə İsmayılovanın evində olub. A. İsmayılov soyuducunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Daha belə bir hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Namizəd Namizədli elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR