Bank Of Baku

Nizami rayonunda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Nizami rayonunda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb
# 11 aprel 2008 11:11 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. İsmayıllı rayon sakini, 1960-cı il təvəllüdlü İbrahim Səfərov ötən gecə saat 23.00 radələrində Nizamı rayonu, Qara Qarayev prospektində naməlum avtomobil tərəfindən vurulub. Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən məlumat verilib. İ. Səfərov aldığı xəsarətdən yerindəcə keçinib, hadisəni törədən sürücü isə qaçıb. Şahidlər hadisəni “VAZ 2107” markalı avtomobilin törətdiyini bildiriblər. Sürücünün müəyyənləşdirilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR