Bank Of Baku

Qəbələdə ölümlə nəticələnən yol-qəzası baş verib

Qəbələdə ölümlə nəticələnən yol-qəzası baş verib
# 11 aprel 2008 11:28 (UTC +04:00)
Qəbələ. Hafiz Heydərov-APA. Qəbələ rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-qəzası baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 07.30 radələrində İsmayıllı-Şəki magistral yolunun 61-ci kilometrliyində qeydə alınıb. Qəbələ rayon sakini Mustafa Şəmil oğlu Mustafayev idarə etdiyi “VAZ-21011” markalı, 19 CL 877 dövlət nömrə nişanlı maşını yol kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsində M. Mustafayev aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR