Bank Of Baku

Azərbaycanlı professorun İstanbuldakı evini yarıblar

Azərbaycanlı professorun İstanbuldakı evini yarıblar
# 11 aprel 2008 14:02 (UTC +04:00)
APA-nın məlumatına ğörə, şəhərin Aksaray səmtində yerləşən evdə oğurluq hadisəsi təxminən 20 gün öncə baş verib. Hadisə baş verən zaman mənzildə heç kım olmayıb. Oğruların mənzildən müəyyən miqdarda pul, qızıl-zinət əşyaları və 1 ədəd nootbuk apardıqları bildirilir. Məlumata görə, Yeditepe Universitetinin professoru, Türk Dil Qurumunun və Atatürk Kültür Mərkəzinin həqiqi üzvü Kamil Vəli Nərimanoğlu Türkiyədə yaxşı tanındığından, polisə oğurluq hadisəsinin üstünü açmaq üçün ciddi təlimat verilib. Professorun xanımının və baldızının pasportları oğurlandığına görə onlar Azərbaycana İstanbuldakı baş konsulluğun verdiyi səyahət sənədi ilə qayıdıblar. Kamil Vəli Nərimanoğlunun həyat yoldaşı Fatma Vəli APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu il martın 25-də ailə üzvləri ilə birlikdə İstanbula gəzməyə çıxıb, axşam saatlarında evə qayıdanda isə mənzillərinin qarət olunduğunu görüblər: “Evə qayıdanda gördük ki, qapını sındıraraq evdən oğurluq ediblər. Oğrular gəlinimin qızıllarını, oğluma ezamiyyətdə istifadə etmək üçün işlədiyi, bp şirkəti tərəfindən verilən bank kartı, noutbuk, mənim və bacımın sənədləri ilə yanaşı, geri qayıtmaq üçün təyyarə biletlərimizi də oğurlayıblar”. Hadisə ilə bağlı cinayət işinin başlandığını deyən F. Vəli hələlik oğruların müəyyən olunmadığını bildirib: “Hadisədən bir gün sonra polislər bizim evin yaxınlığındakı evlərin birindən qızıl əşyaları oğurlayan bir şəxsi tutmuşdular. Həmin şəxsin oğurladığı əşyalara baxdıq. Lakin orada bizim oğurlanmış əşyalarımız yox idi”.
Qeyd edək ki, Kamil Vəli Nərimanoğlu hazırda Türkiyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR