Bank Of Baku

Azərbaycanın Qax rayonunda yük avtomobilinin aşması nəticəsində iki nəfər həlak olub

Azərbaycanın Qax rayonunda yük avtomobilinin aşması nəticəsində iki nəfər həlak olub
# 11 aprel 2008 16:30 (UTC +04:00)
Qax. Hafiz Heydərov-APA. Qax rayonu ərazisində yük maşınının qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam, saat 18:30 radələrində rayonun Qorağan kəndi ərazisində baş verib. Laçın sakini, 1959 təvəllüd Şahin Hüseynovun idarə etdiyi “QAZel” markalı, 50 BT 259 dövlət nömrə nişanlı yük maşını yoldan çıxaraq aşıb. Nəticədə sürücü və maşında olan sərnişin Füzuli sakini, 1974 təvəllüd Müşfiq Əsgərxanov hadisə yerində ölüblər. Hazırda hadisə yerində olan RPŞ-nin istintaq qrupu ölənlərin şəxsiyyətini və qəzanın baş vermə səbəblərini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR