Bank Of Baku

Azərbaycanın Bərdə rayonunda qətl hadisəsi baş verib

Azərbaycanın Bərdə rayonunda qətl hadisəsi baş verib
# 12 aprel 2008 08:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Aprelin 11-də Bərdə rayonunda qətl hadisəsi baş verib. Bərdə rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini Xaliq Məmmədov münaqişə zəminində Mehrac Cabbarovu bıçaqlayıb. Hadisədən dərhal sonra M.Cabbarov xəstəxanaya yerləşdirilsə də onun həyatını qurtarmaq mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR