Bank Of Baku

Bakı sakini naməlum şəxslərin hücumuna məruz qalıb

Bakı sakini naməlum şəxslərin hücumuna məruz qalıb
# 12 aprel 2008 08:35 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 9-da gecə saat 03:00 radələrində iki nəfər naməlum şəxs H. Əliyev küçəsində Bakı şəhər sakini 30 yaşlı Rauf İdris oğlu Kərimovun idarə etdiyi “Tofaş” markalı 90 BN 706 nömrə nişanlı avtomobili saxladaraq sürücü ilə mübahisə ediblər. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər bıçaqla sürücüyə hədə-qorxu gəldikdən sonra onu döyüblər. Bundan sonra onlar R. Kərimovun 1 ədəd mobil telefonunu, 15 manat və 500 rublunu alaraq hadisə yerindən qaçıblar. Rayon Polis İdarəsindən bildirdilər ki, hələlik hadisə ilə bağlı saxlanılan şəxs yoxdur.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR