Bank Of Baku

Nərimanov sakininin mənzilindən 10 min manat pul oğurlanıb

Nərimanov sakininin mənzilindən 10 min manat pul oğurlanıb
# 12 aprel 2008 08:59 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Aprelin 10-da saat 19.00 radələrində Nərimanov rayonunun İ. Dadaşov küçəsi ev 52-də yaşayan 37 yaşlı Elman Mirzəyevin mənzilindən 10 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hələlik hadisəni törədən şəxslərin kimlikləri müəyyən edilməyib. Oğruların mənzilə açar seçmə yolu ilə daxil olması ehtimal olunur.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177. 2.3-cü (oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi) və 177. 2. 4-cü (oğurluğu xeyli miqdarda ziyan vurmaqla törədilməsi) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR