Bank Of Baku

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
# 12 aprel 2008 10:49 (UTC +04:00)
Göyçay. Zahid Abışov - APA. Aprelin 11-də gecə saat 23:00 radələrində Göyçay rayonunun Qarabaqqal kəndinə gedən avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Göyçay rayon Polis Şöbəsindən APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, rayonun Hacalı kənd sakini 1975-ci il təvəllüdlü Zaur Əliyevin idarə etdiyi “VAZ 2106” markalı 23-BB-968 dövlət nömrə nişanlı avtomaşın yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə, Z.Əliyev xəstəxanaya aparılarkən yolda keçinib. İlkin versiyalara görə, hadisənin baş verməsinə avtomobilin yüksək sürəti səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR