Bank Of Baku

Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb

Əli Bayramlı sakininin evinə basqını edən mütəşəkkil cinayətkar qrup yaxalanıb
# 12 aprel 2008 10:58 (UTC +04:00)
Onun sözlərinə görə, bu il aprelin 8-dən 9-a keçən gecə saat 2.50 radələrində polisə Əli Bayramlı şəhər sakini Fətiyev Nazim Kamandar oğlunun yaşadığı ünvana 4 nəfər maskalanmış xəncər, kəsici və dəmir linglərlə silahlanmış mütəşəkkil dəstənin soyğunçuluq məqsədi ilə basqın etməsi barədə məlumat daxil olub. Basqın nəticəsində N. Fətiyevə dəmir ling vasitəsilə baş nahiyyəsindən ağır zərbə endirilib və xəncərlə döş qəfəsini dəlib daxilə keçən xəsarət yetirilib. Basqınçılar evin xanımı Heybətova Natəvan Fizuli qızını isə boğmağa cəhd ediblər. Nizami Fətiyev basqınçılara müqavimət göstərib, eyni zamanda səs-küyü eşidərək qonşular köməyə gəliblər. Bina görə də basqınçıları bir-iki əşya götürərək, hadisə yerindən qaçıblar. Hadisə nəticəsində zərərçəkən Nazim Fətiyev Əli Bayramlı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Əli Bayramlı Şəhər Polis Şöbəsində rəis Şahmar Paşayevin rəhbərliyi ilə dərhal operativ əməliyyat axtarış tədbirləri nəticəsində basqınçılar yaxalanıb. Bunların 1986-cı il təvəllüdlü, Sumqayıt Universitetinin mexanika fakültəsinin 4-cü kurs tələbəsi Səfərov Elnur Zabit oğlu, 1987-ci il təvəllüdlü BDU-nun Geologiya fakültəsinin 4-cü kurs tələbəsi Abdullayev Anar Ağabəy oğlu, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyarxan oğlu və 1976-cı il təvəllüdlü Bağırov Mahir İsfəndiyar oğlu olduğu müəyyənləşib. Basqınçıların hamısı Bakı sakinləridir. Cinayətkar qrupdan maddi sübut kimi cinayətdə istifadə olunan üç sintetik maska corab, 3 ədəd dəmir ling və bir ədəd xəncər götürülüb.
Faktla bağlı Əli Bayramlı Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR