Bank Of Baku

Ucarda avtomobil qəzasına düşən şəxs xəstəxanadan qaçıb

Ucarda avtomobil qəzasına düşən şəxs xəstəxanadan qaçıb
# 12 aprel 2008 11:01 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Aprelin 11-də axşam saat 19:00 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonundan keçən hissəsində “Mercedes” markalı 10-XU-351 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Nəticədə, avtomobil yararsız vəziyyətə düşüb, maşındakı 3 sərnişindən biri, 1981-ci il təvəllüdlü Hacıqabul rayon sakini Aqil Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ucar rayon Mərkəzi Xəstəxanasından APA-nın Mərkəzi Aran bürosuna verilən məlumata görə, A.Cəbrayılova ilkin yardım göstərilsə də o, xəstəxanadan qaçıb. Hadisənin şahidləri bildiriblər ki, “Mercedes” avtomaşını yüksək sürətlə hərəkət etdiyindən yoldan çıxaraq aşıb. Avtomobilin sürücüsü və digər sərnişin isə hadisə yerini tərk ediblər. Ucar rayon Polis Şöbəsindən isə faktla bağlı açıqlama verməkdən imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR