Bank Of Baku

Bakı sakinin meyiti işlədiyi müəssisədə aşkarlanıb

Bakı sakinin meyiti işlədiyi müəssisədə aşkarlanıb
# 12 aprel 2008 12:40 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Dünən saat 22:00 radələrində Güzdək qəsəbəsində yerləşən, “Rafiq-R” firmasına məxsus və hazırda fəaliyyət göstərməyən əhəng-daş karxanasının gözətçi otağında orada gözətçi işləyən, Lökbatan qəsəbə sakini 43 yaşlı Oruc Nəcəf oğlu Nəcəfovun üzərində zorakılıq əlaməti olan meyiti aşkarlanıb. Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, mərhumun qətlə yetirilməsi ehtimal olunur: “Mərhumun üzərində xəsarətlər aşkarlanıb. Ekspertiza təyin olunub. Hələlik ekspertiza rəy verməyib. Onun qətlə yetirilməsi ehtimal olunur”.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR