Bank Of Baku

Lənkəranda başı bədənindən ayrılmış kişi meyiti aşkarlanıb

Lənkəranda başı bədənindən ayrılmış kişi meyiti aşkarlanıb
# 15 aprel 2008 20:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün saat 21.20 radələrində Lənkəran dəmir yolu vağzalında başı bədənindən ayrılmış, 50-55 yaşında kişi meyiti aşkarlanıb. Lənkəran rayon Prokurorluğunun müstəntiqi Rəfail Bədəlovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşməyən kişinin ölümündən öncə Astara-Bakı istiqamətində hərəkət edən 659 saylı sərnişin qatarı ərazidən keçib. İlkin versiyaya görə, bu şəxs qatarın altında qalıb. Onun rus olduğu güman edilir.
Hazırda faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR