Bank Of Baku

Oğurluqla məşğul olan üç nəfər yaxalanıb

Oğurluqla məşğul olan üç nəfər yaxalanıb
# 16 aprel 2008 15:28 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları 1980-ci il təvəllüdlü Tərtər rayon sakini Cəlal Vəliyevi, 1971-ci il təvəllüdlü Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Səxavət Əzizovu və 1973-cü il təvəllüdlü Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Soltan Musayevi yaxalayıblar. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər rayon ərazisində avtomobillərin şüşəsini sındırmaqla və digər üsullarla avtomobillərin maqnitofonlarını oğurlayıb satmaqla məşğul olurmuşlar. Qrup 10-a yaxın qarət törədib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR