Bank Of Baku

Suraxanı ərazisində eyni vaxtda dörd avtomobildən oğurluq edilib

Suraxanı ərazisində eyni vaxtda dörd avtomobildən oğurluq edilib
# 16 aprel 2008 15:50 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Aprelin 14-də gecə radələrində Suraxanı rayonu ərazisində dörd avtomobildən oğurluq edilib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsindən APA-ya verilən məlumata görə, aprelin 14-dən 15-nə keçən gecə naməlum şəxslər A. Rzayev küçəsi, ev 17-də yaşayan Sədrəddin Ziyəddin oğlu Kərimova məxsus “VAZ-2107” markalı 90 BC 377 nömrə nişanlı avtomobilin 2 təkərini və ön hissəsini oğurlayıblar. Həmin gecə Bülbülə qəsəbə sakin Şahin Abdulla oğlu Fərhadovun “VAZ-2107” markalı 10 RT 160 nömrə nişanlı avtomobilin ön örtüyünü, maqnitofonunu və digər əşyalarını sökərək oğurlayıblar. Bülbülə qəsəbəsinin sakini Həsrət Əliağa oğlu Cəfərovun evinin qarşısında ona məxsus “VAZ -2106” markalı 10 SZ 443 nömrə nişanlı avtomobilin maqnitofonu və səs gücləndiricisi də həmin gecə oğurlanıb. Həmin gecə Əmircan qəsəbəsinin sakini Qərib Nəsib oğlu Məmmədova məxsus “Mercedes” markalı 10 PS 336 nömrə nişanlı mikroavtobusdan oğurluq etmək istəyən Cəlilabad rayon sakini, 19 yaşlı Nurlan Musayev və 20 yaşlı Cavid Cəfərov tutulublar. Suraxanı Rayon Polis İdarəsindən bu cinayətlərin bir qrup şəxs tərəfindən törədilməsini istisna etmədilər: “Hələlik hadisəni törədən şəxslərin bir-biri ilə əlaqələri olması haqda dəqiq söz demək çətindir. Amma oğurluğun bir qrup şəxslər tərəfindən törədilməsini də istisna etmək olmaz”. Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət iş başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR