Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 17 aprel 2008 07:03 (UTC +04:00)
Bakı. Gülşən Hacıyeva - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri aprelin 16-da saat 12.05-dən 12.25-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini, saat 13.05-dən 13.30-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 18.20-dən 18.40-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 17-də saat 00.15-dən 00.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 02.20-dən 02.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 03.10-dan 03.20-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR