Bank Of Baku

Azərbaycanın Qusar rayonunda 9 ay əvvəl itkin düşmüş 18 yaşlı gənc tapılıb

Azərbaycanın Qusar rayonunda 9 ay əvvəl itkin düşmüş 18 yaşlı gənc tapılıb
# 17 aprel 2008 08:24 (UTC +04:00)
Qusar Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, R. Rəsulov 2007-ci il avqustun 27-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Valideynlərinin polisə müraciətindən sonra ötən il sentyabrın 22-də barəsində axtarış elan edilib. O, dünən Xaçmaz rayonunun Uzunoba kənd sakini Mayis Əsgərovun evindən tapılıb. Məlum olub ki, R. Rəsulov müəyyən əmək haqqı qarşılığında M. Əsgərovun təsərrüfatında çalışıb. R. Rəsulov ilkin ifadəsində evlərinə qayıtmaq istəmədiyini deyib. O, həmçinin atasının tez-tez içki qəbul etdiyini, evdə söz-söhbət yaratdığını da bildirib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR