Bank Of Baku

Erməni hakerlər Xəzər İnteqrasiya İşgüzar Klubunun saytına hücum ediblər

Erməni hakerlər Xəzər İnteqrasiya İşgüzar Klubunun saytına hücum ediblər
# 24 aprel 2008 16:17 (UTC +04:00)
Bakı - APA. Bu gün Xəzər İnteqrasiya İşgüzar Klubunun saytı (www.cibcgroup.com) hakerlərin hücuma məruz qalıb. Klubdan APA-ya verilən məlumata görə, CİBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev saytın erməni hakerləri tərəfindən təcrid edildiyinin müəyyənləşdiyini bildirib. Azərbaycanın aparıcı İT-mütəxəssisləri texniki nasazlığın aradan qaldırılması və saytın fəaliyyətinin tezliklə bərpa edilməsi üçün könüllü olaraq öz yardımlarını təklif ediblər. Telman Əliyev erməni hakerlərinin hücumunun dünyanın 30 ölkəsində keçirilən beynəlxalq enerji və iqtisadi forumlarda Azərbaycanın iqtisadiyyatının və neft-qaz strategiyasının informativ səviyyədə təbliğ olunması ilə məşğul olan CİBC-in (dünyanın 30 ölkəsindən 500-dək şirkət və təşkilatı birləşdirir) və “Caspian Energy” Beynəlxalq Nəşriyyat Evinin fəaliyyəti ilə bağlı olduğunu istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR