Bank Of Baku

Üzeyir Cəfərovun maşını yandırılıb

Üzeyir Cəfərovun maşını yandırılıb
# 25 aprel 2008 13:24 (UTC +04:00)
Hadisə aprelin 24-dən 25-nə keçən gecə baş verib. “VAZ-2107” markalı avtomobil Ü. Cəfərovun yaşadığı Binəqədi rayonu 6-cı mikrorayon, keçid 14/10-da ünvanındakı 4 saylı binanın qarşısında naməlum şəxslər tərəfindən yandırılıb. Bu barədə APA-ya məlumat verən Ü. Cəfərov bildirib ki, hadisəni törədənlər avtomobili yandıraraq partlatmaq istəyiblər: “Avtomobilin yanacaq çəninin yerləşdiyi hissəsindəki arxa təkərinə benzin tökərək od vurublar. Yanğın zamanı maşının arxa hissəsi yanıb. İlkin versiyaya görə, naməlum şəxslərin məqsədi avtomobili partlatmaq olub. Fikirləşiblər ki, yanğın maşının yanacaq çəninə çatanda partlayış baş verər, maşın tamam yanar”. Hadisə ilə bağlı şübhələndiyi şəxslərin olduğunu deyən Ü. Cəfərov faktla bağlı artıq Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini, 7-ci polis bölməsində təhqiqat aparıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR