Bank Of Baku

Səbayeldə itkin düşən şəxs Ramanada intihar edib

Səbayeldə itkin düşən şəxs Ramanada intihar edib
# 25 aprel 2008 15:04 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bu gün Ramana qəsəbəsində yarımçıq tikilmiş evlərin birində Y. Bədəlov küçəsi, ev 3, mənzil 8-də yaşayan Qubadlı rayon sakini 38 yaşlı Sadiq Nüsrət oğlu Həsənovun asılmış meyiti aşkarlanıb. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı S. Həsənovun intihar etdiyi müəyyənləşdirilib. Hadisə yerindən tapılan və mərhumun yazdığı ehtimal olunan məktubda “məni ruhlar o dünyaya çağırır”, - deyə göstərilib: “Bundan başqa, o, intihar etdiyi evi təsadüfən seçdiyini və həmin evin daim ruzi-bərəkətli olacağını yazıb”. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən isə APA-ya bildirilib ki, S. Həsənovun yaxınları polis bölməsinə müraciət edərək, onun dünən saat 13:00 radələrində Səbayel rayonunun Bayıl qəsəbəsində işlədiyi çayxanadan çıxdıqdan sonra itkin düşdüyünü deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR