Bank Of Baku

Balaxanıda 84 yaşlı qadın itkin düşüb

Balaxanıda 84 yaşlı qadın itkin düşüb
# 26 aprel 2008 11:48 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Aprelin 20-də saat 18 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsinin 2-ci Mədən küçəsində yeni tikilən evlərin birində yaşayan 84 yaşlı Şövkət Qasım qızı Hüseynova yaşadığı ünvandan çıxdıqdan sonra itkin düşüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən APA-ya verilən məlumata görə, hələlik Ş. Hüseynovanın harada olması müəyyənləşməyib. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR