Bank Of Baku

Naməlum şəxslər Zabrat sakinini oğurlamaq istəyiblər

Naməlum şəxslər Zabrat sakinini oğurlamaq istəyiblər
# 26 aprel 2008 11:55 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Aprelin 24-dən 25-nə keçən gecə saat 23:00 radələrində naməlum şəxs Zabrat qəsəbəsinin sakini, Çapayev küçəsi, ev 12-də yaşayan 40 yaşlı Rəna Balağa qızı İslamzadəni oğurlamaq istəyib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsindən APA-ya bildiriblər ki, zərərçəkənin həyat yoldaşı İlqar İslamzadə polis bölməsinə müraciət edərək, hadisə baş verən gün 2 nəfər naməlum şəxsin onların yaşadığı evin qapısını döydüyünü, qapını açarkən onu zorla sürüyərək aparmaq istədiklərini bildirib. R. İslamzadə qışqıraraq səs-küy saldığı üçün naməlum şəxslər onu buraxaraq hadisə yerindən qaçıblar. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR