Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yanğın baş verib

Lənkəranda ölümlə nəticələnən yanğın baş verib
# 03 may 2008 10:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gecə saat 03.50 radələrində Lənkəran rayonu Moğnujoba kənd sakini, 1938-ci il təvəllüdlü Şahbacı Hümmətovaya məxsus 2 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını hadisə yerinə gəlib və yanğın söndürülüb. Hadisə nəticəsində ev 100 kv/m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı Ş. Hümbətovanın yanmış meyiti tapılıb. İlkin ehtimallara görə, yanğın gecə televizorun açıq qalması səbəbindən baş verib. Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR