Bank Of Baku

Bakıda narkotik maddələrin satışı və istifadəsində təqsirləndirilən 4 nəfər yaxalanıb

Bakıda narkotik maddələrin satışı və istifadəsində təqsirləndirilən 4 nəfər yaxalanıb
# 04 may 2008 09:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı şəhərinin Nizami və Xətai rayon polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin satışı və istifadəsində təqsirləndirilən 4 nəfər yaxalanıb. APA-nın məlumatına görə, saxlanılan şəxslər Naxçıvan MR sakini, əvvəllər məhkum olunmuş Əmir Əsədov, Azər Xudaverdiyev, Nazim Məmmədov və Kamil Qafarovdur. Onların barəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə cinayət işi qaldırılıb. Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR